ECO LOGİSTİCS Limited şirkəti yerli təsisçilər tərəfindən 2018-ci ildə qurulmuşdur. Qlobal daşıma xidmətləri göstərən şirkətimiz dəniz sənayesində neft və qaz, enerji və polad daşımalarına üstünlük verməklə tələb olunan sənaye standartlarına yüksək şəkildə cavab verir. Dünyanın 20-dən çox ölkəsində, o cümlədən Avropa və Asiya ölkələrində anbarların mövcudluğu dəniz, hava, quru və dəmir yolu vasitəsiylə daşımada funksionallıq yaradır. Böyüməkdə olan logistika şəbəkəsi, müəssisələri və yüksək ixtisaslı peşəkar heyəti ilə biznesiniz üçün geniş sayda həll yolları təqdim edir. Uğurlu fəaliyyətimizin əsas məqsədi keyfiyyətli və təhlükəsiz şəkildə müştərilərimizə xidmət etməkdir.