Keyfiyyət prinsipi: ECO Logistics olaraq müştəri məmnuniyyətini və keyfiyyətli xidməti prioritet olaraq qəbul edirik. Bu prinsip bütün fəaliyyətimizin əsasını təşkil edir və keyfiyyətli xidmətimizi təmin edir.
Müştəri məmnuniyyəti: Təhlükəsiz, effektiv və innovativ həllər və xidmətlərlə daim müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi hədəfimizdir. Bu səbəblə müştəri məmnuniyyətinin və öz fəaliyyətlərimizin davamlı yoxlanılması xidmətlərimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
İnnovasiya: Ən son texnoloji yeniliklər və qabaqcıl həllər ilə sektorda rəqabət üstünlüyü təmin etməyi hədəfləyirik.
Davamlılıq: Ekoloji və sosial məsuliyyətimizi dərk edərək davamlılıq prinsiplərini fəaliyyətimizə inteqrasiya edirik.
İşçi məmnuniyyəti: İşçilərimizin xoşbəxtliyi və məmnunluğu uğurumuzun əsasını təşkil edir. Biz onların inkişafını dəstəkləmək, ədalətli və hörmətli iş mühiti yaratmaqla şirkətimizin böyüməsinə töhfə veririk.