Biz dünyanın dəniz və okeana çıxışı olan istənilən ölkəsindən yüklərin konteyner və bulk gəmilər vasitəsilə daşımasını həyata keçiririk. Çoxşaxəli nəqliyyat operatorunuz olaraq sizə yüksək keyfiyyətdə daşıma və ekspeditor xidməti göstəririk. Əsas nəqliyyat xətləri vasitəsilə tranzit vaxtlarını və daşıma sürətini təyin edərək yükünüzün sürətli çatdırılmasını təmin edirik.
Dəniz yolu ilə yükdaşıma xidmətlərimizə daxildir:
- Ənənəvi dəniz daşımaları;
- Beynəlxalq RoRo daşıma xidməti;
- FCL/LCL xidməti;
- Ağırçəkili və böyük ölçülü yüklərin daşınması;
- Yükləmə xidməti.